Mövzu 1 (Kod: 10) İmam Hüseynin (ə) müqavimətin bayraqdarı kimi təqdim olunması
27 İyul 2025
300 Views
No Comments
| Kod | Tədqiqat layihələrinin adları və elmi sualları |
| 10-1 | Möhtəşəm Ərbəin hadisəsini hansı nəzəri yanaşma və metodlarla araşdırmaq olar? |
| 10-2 | Ərbəin mədəni və məzhəbi bir hadisə kimi hansı nəzəri çərçivə ilə təhlil edilə bilər? |
| 10-3 | Ərbəin canlı bir tarixi hadisə kimi araşdırıla bilərmi? Ərbəin bir “ilahi nişan” və ya “nemət” kimi necə başa düşülə bilər? |
| 10-4 | Ərbəin qlobal bir hadisə və hərəkət kimi necə öyrənilə bilər? |
| 10-5 | Dini mətnlərdə Ərbəinin yeri; Ərbəin dində, şiə və qeyri-şiə dindarlığında nə yer tutur? Ərbəin İmamın (ə) hidayət vasitəsi sayılırmı? Ərbəin xalq əsaslı idarəçiliyin məşqi və Mehdi (ə.f) hökumətinə (İslam hakimiyyət ümunəsi) hazırlıq modeli ola bilərmi? |
| 10-6 | Ərbəini tövhidə əsaslanan bir yaşayış mühiti (biosfer) kimi öyrənmək |
| 10-7 | Yeni Ərbəin hadisəsində ilahi iradənin tam təzahürü; Bu baxış bu hadisənin son illərdə inanılmaz sürətlə formalaşmasının əsas səbəbi ola bilərmi? Bu baxış əsasında hansı əsaslı və strateji təhlillər aparıla bilər? Bu hərəkət insani planlamanın nəticəsidirmi, yoxsa ilahi planın məhsuludur? Əgər ilahi planın nəticəsidirsə, niyə məhz bu dövrdə baş verir? Bu, İslam oyanışı ilə əlaqəlidirmi? Son illərdə mədəniyyət sahəsində yaranmış susuzluğa cavabdırmı? Bu, bəşəriyyətin (axırzaman hərəkətlərinin mərkəzi adı ilə) mədəni zəifliyinə Allahın cavabıdırmı? |
| 10-8 | Ərbəin hadisəsinin ilahi bir hadisə olaraq bəşəriyyətin qurtuluşu və azğınlıqlardan xilası üçün canlandırıcı təsirləri |
| 10-9 | Ərbəin və ictimai əxlaqın və ümumi mədəniyyətin yüksəldilməsi |
| 10-10 | Ərbəin – xalqın dini və ictimai fəallığının sərgisi və nümayişi |
| 10-11 | Ərbəinin xalq arasında izzət, güc, məhəbbət və sevgi hissinə təsiri |
| 10-12 | Ərbəin və irfani baxış; “Liqaullah” (Allahla görüş), İlahi ərşin hüzuruna çıxmaq anlayışı və qiyamət səhnəsi ilə müqayisəli araşdırma |
| 10-13 | Ərbəinin tarixi, İraq və İranda Ərbəin ənənəsinin keçmişi |
| 10-14 | Ərbəinə tarixi və nostalji xatirə baxışından güclü və təsirli gələcəyə yön verən baxışa keçid məsələsi |
| 10-15 | Ərbəin nədir? Onun əsas ünsürləri nələrdir? |
| 10-16 | Ərbəinin xüsusiyyətləri və əsas cəhətləri hansılardır? |
| 10-17 | Ərbəinə xas dəyərlər hansılardır? |
| 10-18 | Ərbəinin əsas böyük hekayəsi nədir? Ərbəin fəaliyyətləri hansı əsas istiqamətə yönləndirilməlidir? |
| 10-19 | Ərbəinlə bağlı neçə cür baxış mövcuddur? Bu baxışların hamısı doğrudurmu? Ən doğru və ali baxış hansıdır? Bu baxışı necə cəmiyyətə aşılamaq olar? Ərbəinlə bağlı istənilən baxışı necə ictimai diskursa çevirmək olar? |
| 10-20 | Ərbəin hərəkətinin sahəsi və sərhədləri (istənilən mahiyyət və hədəflər baxımından) nədir? |
| 10-21 | Zaman baxımından Ərbəin nə vaxtdan nə vaxta qədər araşdırılmalıdır? |
| 10-22 | Ərbəin və onun əsas ayininin dünyada və digər şiə şəhərlərində yayılması və tətbiq edilməsi imkanları |
| 10-23 | Ərbəin iştirakçılarının və auditoriyasının tanınması: İslam məzhəbləri, digər dinlər və müxtəlif ictimai təbəqələr arasında Ərbəin iştirakçıları kimlərdir? Onların ortaq prinsipləri hansılardır? Onların axınları necədir? |
| 10-24 | Ərbəinin diskurs və media sahələri hansılardır və onların xüsusiyyətləri nələrdir? |
| 10-25 | Ərbəin hərəkətinin mövcud kimliyi və mahiyyəti; İştirakçıların zehnində formalaşan kimlik nədir? Şiə və Ərbəin tərəfdarlarının baxışında formalaşan kimlik nədir? Dünyanın baxışında formalaşmış (çox vaxt media tərəfindən yaradılmış) kimlik nədir? |
| 10-26 | Ərbəinin işraq ədəbiyyatı ilə öyrənilməsi; Ərbəini İşraq ədəbiyyatı ilə necə izah etmək olar? Bu hadisə “Vəllahu mutimmu nurihi” ayəsinin başqa bir mərhələsidirmi? Çünki Allahın nuru və İmamın (ə) nuru daim mövcuddur, bu nur artımını necə izah etmək olar? |
| 10-27 | Ərbəin hadisəsi və millətçilik arasındakı əlaqənin təhlili; Ərbəin hadisəsinin milli və irqi əsaslı izahı varmı? Ərbəin ərəb hadisəsi kimi təqdim edilərək qeyri-ərəb xalqlar tərəfindən mənimsənmə təhlükəsi ilə üzləşirmi? Bu hiss, Ərbəin hadisəsinə doğru diqqət yetirilməsinə mane olurmu? |
| 10-28 | Əhli-beyt (ə) tərəfindən Ərbəin hadisəsinin təsis edilməsi üçün tarixi və ictimai zəminlərin təhlili; Niyə Əhli-beyt (ə) arasında məhz İmam Həsən Əsgəri (ə) möminlər üçün Ərbəin gününü bir görüş vədəsi kimi vurğulayıb? |
| 10-29 | Ərbəinin əsas böyük hekayəsi nədir? Ərbəin fəaliyyətləri hansı əsas və ümumi istiqamətə yönləndirilməlidir? |
| 10-30 | Ərbəində Məhdəviyyət; Ərbəində sapqın qruplarla mübarizə strategiyasının müəyyənləşdirilməsi yanaşması; Ərbəinlə Məhdəviyyətin nə əlaqəsi var? Ərbəində məhdəvi fəaliyyətlər necə olmalıdır ki, sapqın qrupların sui-istifadəsinin qarşısı alınsın? Ərbəində sapqın qrupların fəaliyyəti ilə bağlı məsul şəxslərin və xalqın qarşıdurma strategiyası nə olmalıdır? |
| 10-31 | Ərbəin fəaliyyətlərinin xalq tərəfindən irəli aparılması modelinin araşdırılması |
| 10-32 | Ziyarətçilər və qonaq qarşılayanlar arasında qonaq etmə və xidmət mədəniyyətinin islahı; Niyə qeyri-iraqlı xidmət yerlərində digər ölkələrdən olan zəvvarlar, xüsusilə iraqlılar iştirak etmir? |
| 10-33 | Ərbəinin İran, İraq və digər ölkələr arasında mədəni qarşılıqlı təsirləri nə dərəcədədir? (Fürsətlər, təhdidlər və zərərlər) |
| 10-34 | İraqdakı sosial uçurum və dəyişikliklər və onun Ərbəinə təsiri |
| 10-35 | Ərbəinlə bağlı media siyasətləri və proqramları |
| 10-36 | Ərbəinin “İnqilabın İkinci Mərhələ Bəyanatı” baxımından təhlili |
| 10-37 | Ərbəində müsəlmanların (və dünyanın azad insanlarının) birliyi |
Zəhmət olmasa, seçdiyiniz layihə kodunu yadda saxlayın və niyyət etdikdən sonra aşağıdakı düyməni basaraq qeydiyyat mərhələsinə keçin.